Rusiyanın FTX generalı Moskvanın mərkəzində ölü tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Rusiyanın FTX generalı Moskvanın mərkəzində ölü tapıldı

Maraqlı

21 İyul 2022 14:08 1104


Rusiya Federal Təhlükəsizlik Xidmətinin 76 yaşlı general-mayoru Yevgeni Lobaçov Moskvada ölü tapılıb. 

Bu barədə REN TV öz mənbəsinə istinadla xəbər yayıb.

Onun sözlərinə görə, zabitin meyiti iyulun 20-də, axşam saatlarında Kaçalinskaya küçəsindəki evlərdən birinin girişində tapılıb. Yanında TT tapançası olub. pizza mizza

Məlumata görə, Lobaçovun həyat yoldaşı hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, o, iyulun 20-də günorta saatlarında gəzintiyə çıxıb və evə qayıtmayıb.

Mənbə dəqiqləşdirib ki, generalın səhhətində problemləri olub, həmçinin maddi sıxıntılar çəkib. Hüquq-mühafizə orqanları araşdırmaya başlayıb./Oxu.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!