Rusiyanın məşhur güləşçisi Bakıdakı turnirə buraxılmadı

saytların hazırlanması

Evə çatdırılma

Rusiyanın məşhur güləşçisi Bakıdakı turnirə buraxılmadı

İdman

04 Aprel 2024 09:37 906


Rusiyanın sərbəst güləş üzrə ikiqat olimpiya çempionu Abdülraşid Sadulayev Bakıda keçiriləcək Avropa Olimpiya Təsnifat turnirinə buraxılmayıb. 

"Report" xəbər verir ki, bu barədə Rusiya Güləş Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Qurumun prezidenti Mixail Mamiaşvili dördqat dünya çempionunun Beynəlxalq Olimpiya Komitəsinin (IOC) qərarı ilə yarışda iştirak etməyəcəyini bildirib: "IOC növbəti yoxlamalardan sonra turnirlərə buraxılmayanların siyahısını açıqlayıb. Təəssüf ki, onların arasında komandanın kapitanı Abdülraşid Sadulayev də var. Dünya Güləş Birliyi (UWW) ilə dərhal əlaqə saxladıq, onu Əlixan Cəbrayılovla əvəzlədik". Marqarita pizza

Qeyd edək ki, sabah Milli Gimnastika Arenasında start götürəcək yarış üç gün davam edəcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!