“Moskva Birjasının fəaliyyətinin bərpası ilə Rusiya sanki mesaj vermək istəyir ki, vəziyyəti nəzarət altında saxlayır".
Yenisabah.az xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli bildirib.
O, fevralın 28-dən bəri ilk dəfə bu gün Moskva birjasının açılışını psixoloji amil sayır. Eyni zamanda, ekspertin fikrincə, birjanın bu formada fəaliyyəti məntiqli deyil: pizza sifarişi
“Hüquqi şəxslərə ciddi şərtlər qoyulub ki, valyuta dövriyyəsinin, qazancının 80 faizini mütləq birjaya satmalıdır. Bu, bazar iqtisadiyyatının məntiqinə ziddir.
Putinin "təbii qazı rublla satacayıq" sözlərindən sonra birjanı açdılar. Bunun da bazara psixoloji təsiri oldu. İqtisadi əsaslandırma ilə baxsaq, çox da vacib bir addım deyil. Ən azı Rusiyanın ən böyük şirkətlərinin bir qədər bahalaşmasına səbəb oldu. Səhmlərinin artması da psixoloji olaraq təsir etməyə başladı. Hazırda neft-qaz şirkətlərinin səhmlərində bahalaşmanın şahidi oluruq”.
Nəzrin Vahid
Telegram kanalımız