“Rusiyanın real gücü var, bu zirehli qatarı ehtiyatda saxlayırıq” - Peskov

saytların hazırlanması

Evə çatdırılma

“Rusiyanın real gücü var, bu zirehli qatarı ehtiyatda saxlayırıq” - Peskov

Dünya

23 May 2021 11:52 1502


“Rusiyanın real gücü var, lakin biz bu zirehli qatarı ehtiyatda saxlayırıq. Yumşaq gücümüzün üzərində hələ işləməliyik, lakin potensialımız çox dərindir”. 

Bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Real gücümüz var və bildiyiniz kimi, bu zirehli qatar hələ ki, ehtiyat yolda durur və Allah eləməsin ki, onu oradan çıxaraq", - deyə Peskov Rusiyanın "Bilik" cəmiyyətinin maarifçilik marafonunda bildirib. Pepperoni pizza

Peskov bildirib ki, rus dili dünyada ən çox yayılmış dil olmamasına rəğmən, o, yenə də böyük potensiala, ən əsası isə zəngin mədəniyyətə malikdir.

"Dünyada, yəqin ki, ən zəngin mədəniyyət var və biz də onlardan birinə aidik", - Peskov bildirib.

Rusiya prezidentinin mətbuat katibi onu da əlavə edib ki, əlbəttə, Rusiya hələ özünü dünyaya tanıtmalıdır.

"Həm də, hazırda mövcud olan bütün qarşıdurmalara, bütün dövlətlərarası çəkişmələrə rəğmən, rus dili də sevilir, rus mədəniyyətinə də heyran olurlar, rus idmanına da", - deyə Peskov bildirib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!