Rusiyanın sabiq deputatına hücum anının görüntüləri yayılıb 

saytların hazırlanması

Evə çatdırılma

Rusiyanın sabiq deputatına hücum anının görüntüləri yayılıb 

Kriminal

08 Fevral 2022 08:43 869


Moskvanın mərkəzində Rusiya Dövlət Dumasının keçmiş deputatı Maksim Şinqarkinə hücumun görüntüləri yayılıb. Kadrlarda avtomobilinə yaxınlaşan LDPR fraksiyasının keçmiş üzvünün ona tərəf qaçan naməlum şəxs tərəfindən zərbələrə məruz qaldığı görünür.

Şingarkin qaçmağa çalışsa da, yıxılır. Hücumçu döyməyə davam edib, daha sonra qaçıb.

Eks-deputatın sözlərinə görə, bir həftə izlənib. Həmin gün onu təqib edənlərlə görüşüb söhbət etməli olsa da, dialoq əvəzinə döyülüb. Pepperoni pizza

Sabiq deputatın köməkçisinin sözlərinə görə, Şinqarkinə hücum onun “Youtube”dakı ifşa videoları ilə bağlı olub.

Qeyd edək ki, o, “Svobodnoye dıxaniye” (“Azad nəfəs”) “YouTube” kanalını idarə edir, ətraf mühitin mühafizəsi ilə bağlı reportajlar çəkir, ekoloji islahatlara, eləcə də zibilxanaların tikintisinə və meliorasiyasına böyük diqqət yetirir.

Keçmiş deputatı döyülməsi ilə əlaqədar “Sağlamlığa orta ağır zərər vurma” maddəsi ilə cinayət işi açıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!