Rusiyanın Sakit Okean Donanmasının baş şturmanı marafon zamanı öldü

saytların hazırlanması

Evə çatdırılma

Rusiyanın Sakit Okean Donanmasının baş şturmanı marafon zamanı öldü

Dünya

28 Sentyabr 2024 23:55 664


Rusiyanın Sakit Okean Donanmasının baş şturmanı (sualtı və suüstü gəmiləri, təyyarələri, dirijablları idarə edən mütəxəssis - red.) "Vladivostokun körpüləri" marafonu zamanı ölüb.

Bu barədə Oxu.Az "Baza" "Telegram" kanalına istinadən xəbər verir.

Məlumata görə, 1-ci dərəcəli kapitan Yevgeni Vityutnev sentyabrın 28-də yarış zamanı özünü pis hiss edib və yarışı tərk edib. Ona təcili şəkildə tibbi yardımın göstərilməsinə ehtiyac duyulub. Lakin şturmanı xilas etmək mümkün olmayıb və o, 41 yaşında dünyasını dəyişib. pizza mizza

Primorye Səhiyyə Nazirliyi ölüm faktını təsdiqləyib, lakin səbəbi hələ açıqlanmayıb.

Bildirilir ki, startdan əvvəl marafon iştirakçıları tibbi müayinədən keçiblər.

Yerli KİV-in xəbərinə görə, faciə küçələrin birində yerləşən uzun yoxuşa dırmaşmaq səbəbindən baş verib. Belə ki, bu, marafonun ən çətin hissələrindən biri hesab olunur və çoxları buna dözə bilmir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!