Rusiyanın yükdaşıma şirkətləri müflis olur

saytların hazırlanması

Evə çatdırılma

Rusiyanın yükdaşıma şirkətləri müflis olur

Dünya

13 Noyabr 2025 20:57 579


Rusiya yükdaşıma bazarı artan xərclər və azalan gəlirlilik səbəbindən şirkətlərin kütləvi şəkildə iflas olması ilə üzləşib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə “AvtoGruzEx” assosiasiyası məlumat yayıb.

Məlumata görə, təxminən 6700 yük daşıma şirkəti ləğv və ya iflas prosesindədir ki, bu da artıq təchizat çatışmazlığına səbəb olub: pizza

“Nəqliyyatın orta qiyməti kilometrə görə 85-86 rubla qədər artıb, tariflər isə təxminən 75 rubl təşkil edir. Cari ilin iyun ayından etibarən lizinqlə əldə edilən avadanlıqların həcmi aylıq 20% artır”.

Qeyd olunub ki, şirkətlərin ən azı 7%-i bazarı tərk edə bilər./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!