Rusiyaya casusluq edən ukraynalı deputat həbs olundu   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Rusiyaya casusluq edən ukraynalı deputat həbs olundu - Fotolar

Maraqlı

31 Yanvar 2023 12:23 741


Ukrayna Təhlükəsizlik Xidməti (SBU) tərəfindən Rusiyanın nəfinə casusluq edən şəxs tutulub.

Yenisabah.az UNIAN-a istinadla xəbər verir ki, casus Seversk şəhər sovetinin deputatı olub.

SBU-nun məlumatına görə, deputatın Baxmut şəhərində ötən ilin oktyabrından bəri kəşfiyyat məlumatları topladığı, habelə Ukrayna Silahlı Qüvvələrinin (ZSU) dislokasiya yerləri barədə informasiya yığdığı barədə faktlar aşkarlanıb. pizza

Bundan əlavə, casus kritik infrastruktura daxil olan yerli obyektlərin, o cümlədən enerji nöqtələrinin koordinatlarını “Telegram” vasitəsilə Rusiya qüvvələrinə ötürüb. Ukrayna ərazilərinə raket zərbələri endirilməsi üçün Moskvanın bu informasiyalardan istifadə etdiyi bildirilib.

Hazırda faktla bağlı hüquqi prosedurlar və araşdırmalar davam etdirilir.

Xatırladaq ki, ötən il fevralın 24-də Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra hakim “Xalqın Xidmətçisi” partiyasının lideri David Araxamiya ölkədəki bir sıra müxalifət partiya üzvlərinin Rusiyanın xeyrinə casusluq etməsiylə bağlı məlumatlar vermişdi. Bundan savayı, Ukrayna Ali Radasının bir neçə deputatı vətənə xəyanətə görə həbs edilib. 

 

 

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!