Rusiyaya gedən azərbaycanlılara bəd xəbər: Sentyabrın 1-dən...

saytların hazırlanması

Evə çatdırılma

Rusiyaya gedən azərbaycanlılara bəd xəbər: Sentyabrın 1-dən...

Dünya

26 Avqust 2025 13:40 2301


Sentyabrın 1-dən Moskvada miqrantlar xüsusi mobil tətbiq vasitəsilə onlayn şəkildə izləniləcək.

News24.az Rusiya mediasına istinadən xəbər verir ki, həmin tarixdən məsələ ilə bağlı 4 illik eksperimentə start veriləcək. 

Belə ki, Rusiyaya iş üçün vizasız rejimlə gələn miqrantlar öz telefonlarına “Amina” adlı xüsusi tətbiqi yükləməli olacaqlar. Bu tətbiq isə fasiləsiz olaraq miqrantların olduğu yer barədə məlumatları Rusiyanın Daxili İşlər Nazirliyinə ötürəcək.  pizza mizza

Məlumata görə, eksperimentin məqsədi miqrasiya sahəsində nəzarətin effektivliyini artırmaq və paytaxt regionunda qanunsuz miqrasiya səviyyəsinin azaldılmasıdır. 

Bununla yanaşı, 2029-cu ilə qədər davam edəcək sınaq bitdikdən sonra, onun ölkənin digər regionlarında da tətbiq edilməsi barədə qərar veriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!