Rusiyaya gedənlər əvvəldən “geridönüş depoziti” qoysun – Təklif

saytların hazırlanması

Evə çatdırılma

Rusiyaya gedənlər əvvəldən “geridönüş depoziti” qoysun – Təklif

Dünya

30 May 2025 12:27 391


Rusiya Dövlət Dumasının "Novsye lyudi" fraksiyasının deputatları əmək miqrantlarının ölkəyə daxil olarkən qanun pozuntusu halında deportasiya xərclərini qarşılayacaq depozit qoymasını təklif ediblər. 

Yenisabah.az TASS-a istinadla xəbər verir ki, onlar bu təşəbbüslə daxili işlər naziri Vladimir Kolokoltsevə məktub ünvanlayıblar.

Təklifə əsasən, ölkəyə daxil olan hər bir əmək miqrantı "geridönüş bileti" prinsipinə uyğun olaraq depozit qoymalıdır. Bu depozit miqrantın qanun pozduğu halda onun deportasiya prosesinin maliyyələşdirilməsi üçün istifadə olunacaq. Pepperoni pizza

Məktubun müəllifləri arasında Dövlət Dumasının vitse-spikeri Vladislav Davankov və fraksiya rəhbərinin müavini Sardan Avksentyeva yer alıb. Onların fikrincə, bu sistem dövlət büdcəsinə düşən maliyyə yükünü azaltmaqla yanaşı, miqrasiya siyasətinin səmərəliliyini də artıracaq.

Parlament üzvləri qeyd ediblər ki, 2024-cü ildə yalnız deportasiya məqsədilə federal büdcədən 1 milyard rubldan artıq vəsait xərclənib.

Hazırda bu təşəbbüs müzakirə mərhələsindədir və hüquqi mexanizmləri formalaşdırmaq üçün əlavə təhlil və rəylər gözlənilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!