Rusiyaya getmək istəyən azərbaycanlılara BƏD XƏBƏR: Fevralın 5-dən...

saytların hazırlanması

Evə çatdırılma

Rusiyaya getmək istəyən azərbaycanlılara BƏD XƏBƏR: Fevralın 5-dən...

Hadisə

04 Fevral 2025 13:37 4177


2025-ci il fevralın 5-də Rusiyada miqrasiya siyasətinin təkmilləşdirilməsinə yönəlmiş iki yeni qanun qüvvəyə minəcək.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin özünün “Telegram” kanalında yazıb.

Fevralın 5-dən qeyri-qanuni miqrantların deportasiyasının sadələşdirilmiş proseduru qüvvəyə minir. Artıq polis əməkdaşları ölkədə qanunsuz yollarla məskunlaşan xarici vətəndaşları məhkəmə qərarı olmadan deportasiya edə biləcəklər. Bu tədbir təhlükəsizliyin artırılmasına yönəlib”, -deyə Rusiya parlamentinin spikeri qeyd edib. Dominos pizza

Miqrasiya qaydalarının pozulmasına görə inzibati məsuliyyət də nəzərdə tutulur. Rusiyaya giriş və çıxış qaydalarının pozulmasına, habelə nəzarət edilən şəxslərin reyestrinə daxil edilmiş miqrantlara xidmət göstərməyə görə məsuliyyət müəyyən edilir. Rusiyada yaşamaq üçün qanuni əsası olmayan və nəzarət edilən şəxslərin reyestrinə daxil edilmiş əcnəbilər olduqları yer barədə polisə məlumat verməlidirlər. Onlar mənzil və ya avtomobil ala, kredit götürə, evlənə və ölkə daxilində sərbəst şəkildə hərəkət edə bilməyəcəklər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!