Rusiyaya işləyən deputat həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

Rusiyaya işləyən deputat həbs edildi

Dünya

06 Sentyabr 2025 18:54 304


Ukraynanın hüquq-mühafizə orqanlarının əməkdaşları ölkə ərazisində IX çağırış Ali Radanın xalq deputatını saxlayıblar.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilir ki, Ukrayna ərazisində qadağan edilmiş "Müxalif platforma - Həyat uğrunda" partiyasından olan deputat dövlətə xəyanət şübhəsi ilə axtarışda olub. Sezar pizza

İstintaqın məlumatına görə, o, Rusiyanın Ukraynaya tammiqyaslı hücumunun başlamasından xeyli əvvəl Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən əməkdaşlığa cəlb olunub və bu ölkənin xüsusi xidmət orqanlarının tapşırıqlarını fəal surətdə yerinə yetirib.

O saxlandıqdan sonra məhkəməyə çatdırılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

UTX saxlanılmış xalq deputatının adını çəkməsə də, işin bütün halları Fyodor Xristenkoya işarə edir. Məhz cari ilin iyulunda onu axtarışa vermişdilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!