Rusiyaya pomidor idxalına icazə verildi

saytların hazırlanması

Evə çatdırılma

Rusiyaya pomidor idxalına icazə verildi

İqtisadiyyat

16 Dekabr 2020 17:17 813


Rusiya dekabrın 17-dən etibarən Azərbaycanın daha dörd müəssisəsinin ölkəyə pomidor idxal etməsinə icazə verib.

Yenisabah.az xəbər verir ki, bu barədə “Rosselxoznadzor” məlumat yayıb.

Məlumatda bildirilir ki, "Rosselxoznadzor” 17 dekabr 2020-ci il tarixdən etibarən Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti altında Azərbaycanın dörd müəssisəsinin Rusiya ərazisinə pomidor idxal etməsinə icazə verilməsini mümkün hesab edir. pizza hut

Rusiyaya pomidor idxal etməsinə icazə verilən həmin müəssisələr Kürdəmir, Masallı, Salyan və Hacıqabul rayonlarında yerləşir. (APA)

Qeyd edək ki, “Rosselxoznadzor” dekabrın 16-dan Azərbaycanın Xızı rayonunda yerləşən “Aqroterm” müəssisəsinin Rusiyaya pomidor idxal etməsinə icazə verildiyini açıqlamışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!