Rusiyaya qanunsuz gedən ermənilər günlərlə ac saxlanılaraq geri qaytarıldılar - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Rusiyaya qanunsuz gedən ermənilər günlərlə ac saxlanılaraq geri qaytarıldılar - Fotolar

Hadisə

04 Fevral 2021 01:43 816


Ermənistanın Rusiyaya gedən bəzi vətəndaşları geri qaytarılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə “Tert.am” bildirib.

Məlumata görə, bu, Ermənistandakı COVID-19 testlərinin aparılmasında baş verən qanunsuzluqlarla bağlıdır. pizza

"Moskvaya birinci reyslə yola düşdük, buraxılış məntəqəsində irəli getməyi qadağan etdilər, bildirildi ki, bizim COVID-19 testimiz qanunsuzdur, nəticədə bizi deportasiya etdilər. Soruşdum nə olub, cavab verdilər ki, mən Rusiya Federasiyasının sərhədini qanunsuz sənədlə keçməyə hazırlaşırdım. Bizi üç gün ac saxladılar, yalnız su içirdik", - Ermənistana deportasiya edilmiş vətəndaşlardan biri bildirib.

Rusiyaya deportasiya edilən Ermənistan vətəndaşı qeyd edib ki, onlar göndəriş məsələsini həll etməyi, həmçinin biletlərə xərclənmiş pulun geri qaytarılmasını tələb edirlər.

/Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!