Rusiyaya qarşı 17-ci sanksiya paketi razılaşdırılır

saytların hazırlanması

Evə çatdırılma

Rusiyaya qarşı 17-ci sanksiya paketi razılaşdırılır

Dünya

12 May 2025 14:53 211


Avropa İttifaqının Daimi Nümayəndələr Komitəsinin (COREPER) Bazar ertəsi keçirilən iclasının gündəliyinə əsasən, Rusiyaya qarşı 17-ci sanksiyalar paketi üzərində işə başlayıblar.

Yenisabah.az Bloomberg-ə istinadla xəbər verir ki, səfirlər Ukraynanın ərazi bütövlüyü və suverenliyinə xələl gətirdiyinə görə Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirləri nəzərdən keçirəcəklər.

Avropa Komissiyası ötən həftə icma ölkələrinə 17-ci sanksiyalar paketini təqdim edib. Bundan əvvəl AK Qərbin qiymət tavanlarını təyin etmək cəhdlərinə məhəl qoymayaraq, Rusiya neftini daşıyan 60 şəxs və təşkilatı və 150 ​​tankeri qara siyahıya salmağı təklif edir. pizza hut

AK bu paketi Aİ xarici işlər nazirlərinin mayın 20-də keçiriləcək iclasında təsdiq etməyə çalışır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!