"Avropa şirkətləri Rusiya təbii qazının pulunu yalnız avro ilə ödəməlidir".
Yenisabah.az "ERR"ə istinadla xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) vitse-prezidenti Frans Timmermans deyib.
Avropanın bir sıra iri qaz şirkətlərinin avro ödənişlərini rus rubluna çevirmək üçün “Qazprombank”da hesablar açması ilə bağlı mətbuatda yayılan xəbərləri şərh edən Timmermans deyib: pizza
"Bu normal deyil. Müqavilələr çox aydındır və burada söhbət avro və dollardan gedir.
Putinin istifadə etməyə çalışdığı bu hiylə ilə o, öz mərkəzi bankını xarici valyutada aktiv saxlamağa çalışır, lakin sanksiyalar buna imkan vermir", - AK vitse-prezidenti bildirib.
"Rusiya Mərkəzi Bankı sanksiyalar altındadır və şirkətlər müqavilələrə əsasən, yalnız avro ilə ödəniş etməlidirlər. Bu, müqavilələrdə nəzərdə tutulub. Putin isə müqavilənin pozulmasını tələb edir", - deyə o vurğulayıb.
Telegram kanalımız