Ruslar Dağlıq Qarabağa əlavə hərbçilər göndərib -   Video

saytların hazırlanması

Evə çatdırılma

Ruslar Dağlıq Qarabağa əlavə hərbçilər göndərib - Video

Hadisə

23 Noyabr 2020 11:18 2127


Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Ərazilərinin Minalardan Təmizlənməsi Mərkəzinin hərbçiləri xüsusi təlim keçmiş itlərlə birlikdə Dağlıq Qarabağda minadan təmizləmə əməliyyatına göndərilib.

Yenisabah.az xəbər verir ki, “RİA Novosti” Telegram kanalı tərəfindən yerləşdirilən videoda Rusiya hərbçilərinin xüsusi xidmət itləri ilə birlikdə təyyarəyə mindiyi əks olunur.

Bildirilir ki, Rusiyanın Aerokosmik Qüvvələrinin Hərbi Nəqliyyat Aviasiyasının An-124, Il-76 və Tu-154 təyyarələri Moskvanın yaxınlığındakı Çkalovski hava limanından Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Minalardan Təmizləmə Mərkəzinin mütəxəssislərini, texnika və silahlarını, habelə xidməti itləri Dağlıq Qarabağda sülhməramlıların əməliyyat zonasında tapşırıqlarının yerinə yetirməsi üçün gətirilib. pizza sifarişi

Qeyd olunur ki, Yerevanın aerodromlarına 100-dən çox hərbi qulluqçu, 13 ədəd hərbi və xüsusi texnika, o cümlədən "Uran-6" robot minalardan təmizləmə kompleksləri, zirehli personal daşıyıcıları və zirehli texnikalar təhvil verilib.

Heyət və texnika Yerevan - Gorus - Xankəndi (Stepanakert) marşrutu boyunca yürüş edəcək və təyinat yerinə çatdıqdan sonra Qarabağ bölgəsində münaqişə zamanı ən çox təsirlənmiş ərazilərdə mühəndis kəşfiyyatı, minalardan təmizlənmə və partlayıcı maddələrin məhv edilməsinə başlayacaqlar. (Virtualaz.org)

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!