Futbol üzrə Azərbaycan millisinin üzvü Ramil Şeydayevin Bakıya gəlib "Neftçi" ilə danışıqlar aparması barədə yerli mətbuatda xəbərlər yayılıb. Bu barədə öncə FİFA meneceri Erkin İbrahimov şəxsi "Facebook" hesabında məlumat yayıb.
Məlumatların nə dərəcədə doğru olduğunu yoxlamaq üçün "Neftçi"nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyevlə əlaqə saxladıq. Klub sözcüsü "Yeni Sabah"a açıqlamasında xəbərləri təkzib edib:
"Bakı Ramil üçün doğma şəhərdir, bura onun doğma ölkəsidir. Ramilin Bakıya gəlməsini niyə bu qədər şişirdirlər, vallah, anlamıram, başa düşmürəm. Yəni bu mənim şəxsi fikirimdir. "Neftçi" hazırda Ramillə heç bir danışıq aparmır. Onun transfer edilməsi ilə bağlı ortada heç nə yoxdur". pizza sifarişi
R.Allahverdiyev komandanın italiyalı baş məşqçisi Roberto Bordinin də klubdan ayrılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. O, bununla bağlı hələlik rəsmi qərarın olmadığını söyləyib: "Bordinin göndərilməsi ilə bağlı da hələlik rəsmi heç nə yoxdur".
Qeyd edək ki, Rusiya mətbuatı da Ramilin karyerasına "Dinamo"da davam etdirməyəcəyini növbəti dəfə yazıb. Moskva təmsilçisinin mövsümün ilk yarısındakı çıxışına toxunan "matchtv.ru" saytı Ramil Şeydayevin qış fasiləsində başqa klubla anlaşacağı yazılıb:
"Mövsümə əsas hücumçu kimi Ramil Şeydayev başlamışdı. Yayda "Krılya Sovetov"dan azad agent kimi komandaya gəlmişdi. Qışda böyük ehtimalla, ona yeni klub axtaracaqlar".
Yazıda 24 yaşlı hücumçunun "Dinamo"dakı göstəriciləri də təqdim edilib. Forvard 501 dəqiqə meydana olub. 5 matçda əsas heyətdə yer alıb. Bu matçlarda qol vura bilməyən 23 yaşlı hücumçu 1 qol ötürməsi ilə yadda qala bilib. Ramil qapıya 8 zərbə vurub. Onlardan 7-i cərimə meydanı daxilində olub.
Xatırladaq ki, R.Şeydayevin Bakıya gəldiyi və "Neftçi" ilə danışıqlar aparacağı deyilir.
Naibə Məmmədova
Telegram kanalımız