Ruslar “McDonald's”a yeni ad tapdılar

saytların hazırlanması

Evə çatdırılma

Ruslar “McDonald's”a yeni ad tapdılar

Maraqlı

10 İyun 2022 17:57 1195


Rusiyanın Ukraynanı işğal etməsindən sonra bir çox dünya markası tətbiq edilən sanksiyalar çərçivəsində bu ölkəni tərk etmək qərarına gəlib.

Qlobal fəst fud nəhəngi olan “McDonald's” da  bu şirkətlərdən biri olduğu halda, Rusiyadakı bütün restoranlarını iş adamı Aleksandr Qovora satmaq üçün razılığa gəldiyi açıqlanıb.

Yenisabah.az xəbər verir ki, artıq “McDonald's”ı ələ keçirən fəst fud şəbəkəsi yeni loqosunu təqdim edib. pizza sifarişi

Yeni loqonun dizaynı yaşıl fonda iki narıncı xəttdən ibarətdir. Loqodakı iki çubuğun sarı kartof qızartmasını və sarı-narıncının burgeri təmsil etdiyi deyilir. Yaşıl fonun isə məhsul və xidmətlərin keyfiyyətini ifadə etdiyi bildirilir.

Bəzi sosial media istifadəçiləri yeni loqonun Banqladeş bayrağı ilə oxşarlığına da diqqət çəkib.

Rusiya mətbuatında yer alan xəbərlərə görə, Rusiyadakı “McDonald's” restoranlar şəbəkəsinin yeni sahibi şəbəkənin rus proqramlarının adını dəyişərək "Moy Burger" ("Mənim Burgerim") adlandırıb.

Mobil tətbiqin ana səhifəsində “Bəzi şeylər dəyişir, amma sabit iş daimidir” şüarı görünüb.

Yenilənmiş “McDonald's” Moskvanın Puşkin meydanında bu bazar günü - Rusiyanın milli qurtuluş günü kimi qeyd olunan Rusiya Günündə yeni adı ilə açılacaq. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!