Ruslar Ukraynada məşhur futbolçunu öldürdülər

saytların hazırlanması

Evə çatdırılma

Ruslar Ukraynada məşhur futbolçunu öldürdülər

İdman

26 Aprel 2022 13:17 456


Rusiya işğalçıları daha bir ukraynalı idmançını öldürüblər. Xarkovu müdafiə edən məşhur futbolçu Artur Qritsenko döyüş bölgəsində həlak olub.

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Milli Olimpiya Komitəsinin Lvov vilayəti üzrə bölməsi məlumat yayıb.

"Karpatı"nın keçmiş futbolçusu aprelin 22-də 44 yaşında ölüb. O, 95-ci ayrı-ayrı hava desant-hücum briqadasının əsgəri olmaqla Ukraynanı müdafiə edib. Dominos pizza

Artur Qrıtsenko Jitomir və Lvov futbolunun yetirməsidir.

Futbolda debütünü 17 yaşında edib. Qritsenko meydanda müdafiəçi kimi çıxış edib.

Peşəkar karyerasına “Lvov”da başlayıb, daha sonra Ukrayna Premyer Liqasında debüt etdiyi “Karpatı”ya keçib.

Artur Qritsenko “Qalisiya-Karpatı”, “Qazovik-Skala”, “Stal”, “Arsenal-Kiyevşina” və başqa klublarda da çıxış edib.

Xatırladaq ki, Ukraynada müharibə fevralın 24-də başlayıb. Ukraynanın Rusiyanın təcavüzünə qarşı müqaviməti iki aydan çoxdur ki, davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!