Ruslar Ukraynanın bir neçə şəhərini yer üzündən silib

saytların hazırlanması

Evə çatdırılma

Ruslar Ukraynanın bir neçə şəhərini yer üzündən silib

Maraqlı

22 Mart 2022 13:45 566


Ukraynanın müdafiə naziri Aleksiy Reznikov xalqa müraciət edib. 

“Yeni Sabah”ın xəbərinə görə, feysbuk vasitəsilə xalqa səslənən nazir deyib ki, Rusiya Ukraynaya qarşı genişmiqyaslı müharibə aparır.

“Rusiya bu müharibəyə guya Ukrayna xalqını müdafiə etmək donu geyindirməyə çalışır. Bu “müdafiə”nin əslində nə olduğunu məndən yaxşı bilirsiniz. Siz məndən yaxşı bilirsiniz ki, üç həftəlik eskalasiyada yüzlərlə insan həlak olub. Ruslar indi Mariopolu darmadağın edirlər. Volnovoxa və bəzi başqa şəhərlər artıq yer üzündən silinib. Yəqin ki, rusların planlarının puç olduğunu görürsünüz. Ukrayna hərbçiləri artıq 15 mindən çox rus əsgərini öldürüb. Rusiya bu müharibədə məğlub olacaq və ölkədə xaos yaranacaq”, - o bildirib. pizza

A.Reznikov, həmçinin Rusiya əsgərlərinə müraciət edərək onları təslim olmağa, mübarizəni dayandırmağa çağırıb. O, vurğulayıb ki, təslim olan rus hərbçilərinin təhlükəsizliyinə təminat verilir.\report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!