Ruslar Xankəndidə bunu da etdilər -   Video

saytların hazırlanması

Evə çatdırılma

Ruslar Xankəndidə bunu da etdilər - Video

Hadisə

30 Noyabr 2020 11:41 1367


Rusiya Müdafiə Nazirliyi Xankəndidə səhra hospitalı açıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya sülhməramlılarının tibbi bölməsinin rəisi Yaroslav İvanov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, səhra hospitalının yaradılmasında ilk növbədə məqsəd sülhməramlı kontingentin tibbi təminatını həyata keçirməkdir: “Biz dinc əhaliyə də kömək göstərməyə hazırıq. Öz fondumuz hesabına 40-a qədər insanı hospitalda yerləşdirə bilərik”. pizza

Y. İvanov qeyd edib ki, hospital reanimasiya şöbəsi, funksional diaqnostika, laboratoriya diaqnostikası, əməliyyat bölməsi, stomatologiya və oftalmologiya kabinetləri ilə təchiz olunub: "Bundan başqa, hospitalda süni nəfəs aparatı, UZİ və rentgen cihazları da var". (APA)

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!