Bu gün Rusiya qüvvələrinin Xarkov şəhərinin mərkəzinə endirdiyi raket zərbələri nəticəsində azı 10 nəfər ölüb, 35 nəfər yaralanıb.
Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin müşaviri Anton Heraşşenko məlumat verib.
“Azadlıq meydanı qanadlı raketlə vuruldu. Xilasedicilər gəldikdən sonra (5-7 dəqiqədən sonra) binaya ikinci oxşar zərbəs oldu. İnzibati binanın üçdə biri uçdu”, - Heraşşenko Telegram-da yazıb. Marqarita pizza
Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti də sosial mediada paylaşdığı yazıda ölənlərin sayını təsdiqləyib:
"Xilasedicilər hadisə yerində işləyirlər. Bütün mərtəbələrdə pilləkənlər və dəhlizlər tamamilə dağılıb".\Modern.az
Telegram kanalımız