Rusların Bakıdakı dünya çempionatında iştirakına icazə verildi

saytların hazırlanması

Evə çatdırılma

Rusların Bakıdakı dünya çempionatında iştirakına icazə verildi

İdman

03 Aprel 2023 16:22 1041


Ümumdünya Taekvondo Federasiyası (WT) Rusiya və Belarus idmançılarının neytral statusda qəbul edilməsi ilə bağlı bəyanat yayıb. 

Yenisabah.az xəbər verir ki, qurum Beynəlxalq Olimpiya Komitəsinin tövsiyələrini nəzərə alıb. 

Ümumdünya Taekvondo Federasiyası Bakıda keçirilən kişilər və qadınlar arasında dünya çempionatından başlayaraq WT-nin himayəsi altında təşkil olunacaq çempionatlarda Rusiya və Belarus pasportlarına malik idmançıların neytral statusda çıxış etməsinə icazə verib.  Sezar pizza

Bakıdakı dünya çempionatı mayın 29-dan iyunun 6-dək keçiriləcək. 

Qeyd edək ki, Rusiyanın Ukraynaya silahlı müdaxiləsinə, Belarusun isə bunu dəstəkləməsinə görə sözügedən ölkələrin idmançıları və komandaları beynəlxalq yarışlardan kənarlaşdırılmışdlar. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!