Rusların casus balinası Hvaldimir öldü

saytların hazırlanması

Evə çatdırılma

Rusların casus balinası Hvaldimir öldü

Hadisə

01 Sentyabr 2024 16:00 544


Norveçdə Rusiya ordusunun təlim keçdiyi düşünüldüyündən "casus balina" kimi tanınan Hvaldimir ləqəbli beluqa balinası ölüb.

Yenisabah.az xəbər verir ki, balinanı qorumaq üçün fəaliyyət göstərən qeyri-kommersiya təşkilatı “Marine Mind”in qurucusu Sebastian Strand açıqlamasında Norveç sahillərində Hvaldimirin cansız bədəninə rast gəldiyini bildirib.

Balinanın ölüm səbəbinin hələ aydın olmadığını qeyd edən Strand heyvanın bədəninin quşların və ya digər dəniz canlılarının səbəb olduğunu düşündüyü çapıqlarla örtüldüyünü ifadə edib. Marqarita pizza

Balina 2019-cu ildə Norveçin şimalında üzərinə quraşdırılmış xüsusi mexanizmlə üzərkən tutulub və sonradan "casus balina" kimi bütün dünyada məşhurlaşıb.

Onun Rusiya tərəfindən “casus” kimi yetişdirilməsi ilə bağlı fərziyyələrə görə, heyvana Norveç dilindəki “hval”, balina mənasını verən və Vladimir adlarının birləşməsindən yaranan Hvaldimir ləqəbi verilib.

İddialara görə, balina rus hərbçiləri tərəfindən təlim keçib

Norveç səlahiyyətliləri tutulan balina üzərindəki mexanizmin xüsusi dizayn edildiyini və heyvanın hər iki tərəfində “GoPro”kameraları üçün yuvaların olduğunu bildirib.

Balina üzərində mexanizmin klipləri üzərində "Sankt-Peterburq" yazıldığına diqqət çəkən səlahiyyətlilər bunun Hvaldimirin Rusiyanın Murmansk bölgəsindən gəldiyi və Rusiya donanması tərəfindən təlim keçdiyi nəzəriyyəsinə töhfə verdiyini bildiriblər. 

Əsmətxanım


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!