Rusların silah daşıdığı körpü partladıldı

saytların hazırlanması

Evə çatdırılma

Rusların silah daşıdığı körpü partladıldı

Maraqlı

20 Mart 2022 10:16 721


Martın 19-da Ukrayna Baş Kəşfiyyat İdarəsi və "Azov" alayının döyüşçüləri Rusiya ilə sərhəd yaxınlığında dəmir yolu körpüsünü partladıblar.

Yenisabah.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Bildirilib ki, bu yolla işğalçılar öz qoşunlarına sursat və ləvazimat gətirməyi planlaşdırırdılar.  pizza sifarişi

“Ukrayna dialoqu” nəşrinin Telegram kanalında körpünün altına partlayıcı maddələr olan qutuların qoyulması və onun partladılması prosesinin pilotsuz təyyarə ilə lentə alınmış videosu yayılıb. 

Qeyd olunur ki, "düşmən artıq dağıdılmış körpü ilə bir patron belə çatdıra bilməyəcək".

Bu gün məlum olub ki, İrpen çayının bəndini partlatmaqla işğalçılar Kiyev istiqamətində manevr etmək və hücum etmək imkanından məhrum olublar. Eyni zamanda rus əsgərləri öz əməlləri ilə bir neçə kəndin su basmasına səbəb olublar.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!