Rüstəm Əbülfətoğlu MEDİA-dakı vəzifəsindən getdi

saytların hazırlanması

Evə çatdırılma

Rüstəm Əbülfətoğlu MEDİA-dakı vəzifəsindən getdi

Maraqlı

08 Fevral 2022 13:17 950


Tanınmış jurnalist Rüstəm Əbülfətoğlu Medianın İnkişafı Agentliyindəki vəzifəsindən ayrılıb.

Yenisabah.az xəbər verir ki, qurumda Media subyektləri və jurnalistlərlə iş, media dəstək layihələri departamentinin direktoru vəzifəsində çalışan R. Əbülfətoğlu bu barədə sosial şəbəkə hesabında yazıb:

“Mənə göstərilmiş etimadın məsuliyyətindən çıxış edərək Medianın İnkişafı Agentliyindəki (MEDİA) fəaliyyətimi bu gün öz xahişimlə başa vurdum. Müəllifi olduğum layihələrin: I-ci Beynəlxalq Şuşa Media Forumunun keçirilməsi, çap və onlayn media subyektləri üçün Reklam Konsorsiumunun yaradılması, qəzetlərin satışı və abunə sisteminin yenidən qurulması ilə real işlək yayım mexanizminin tətbiqi, xüsusi təşviq siyasəti ilə region mətbuatı və yerli mətbəələrin inkişafının stimullaşdırılması kimi proyektlərin həyata keçirilməsi, habelə alçaldıcı "reket" damğasının şərəfli jurnalist peşəsinin üzərindən götürülməsi istiqamətində ictihad həqiqətən şövqləndirici idi...” Sezar pizza

Xatırladaq ki, R. Əbülfətoğlu sözügedən vəzifəyə ötən ilin aprel ayında təyin olunmuşdu.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!