Rüstəm İbrahimbəyovun qəbirüstü abidəsi hazırdır

saytların hazırlanması

Evə çatdırılma

Rüstəm İbrahimbəyovun qəbirüstü abidəsi hazırdır

Maraqlı

02 Mart 2023 10:21 1027


Görkəmli kinodramaturq, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun qəbirüstü abidəsinin açılış mərasimi olacaq. 

"Report" xəbər verir ki, mərasim martın 10-da keçiriləcək. 

Həmin tarixdə saat 12:00-da Birinci Fəxri Xiyabanda Xalq yazıçısının qəbirüstü abidəsinin açılışı baş tutacaq.  pizza

Xalq yazıçısının abidə-məzar daşının müəllifi Rusiya İncəsənət Akademiyasının akademiki, heykəltaraş Aydın Zeynalovdur. 

Qeyd edək ki, R.brahimbəyov 2022-ci il martın 10-dan 11-nə keçən gecə Moskvada uzunsürən xəstəlikdən sonra 83 yaşında vəfat edib. 

R. İbrahimbəyov 5 fevral 1939-cu ildə Bakıda anadan olub. Əsərləri əsasında 40-dan çox bədii filmlər və televiziya filmləri çəkilib. 1989-cu ildə əsası qoyulan “İbrus” şirkətinin və eyniadlı teatrın təsisçisi olub. 15 pyesi dünyanın 100-dən çox teatrında tamaşaya qoyulub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!