Rüstəm Muradov Qarabağdan gedir   - Yeni komandan təyin olunub + Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Rüstəm Muradov Qarabağdan gedir - Yeni komandan təyin olunub + Fotolar

Rəsmi

13 May 2021 10:44 4103


Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin yeni komandanı general-leytenant Aleksey Avdeyev bu ayın sonunadək vəzifəsinin icrasına başlayacaq.

Yenisabah.az “Armenian News”a istinadla xəbər verir ki, bu barədə RF Müdafiə Nazirliyindəki bir mənbə məlumat verib.

Bundan əvvəl “Hraparak” qəzeti sülhməramlı qüvvələrin komandirinin rotasiyası və general Rüstəm Muradovun dəyişdirilməsi barədə məlumat yayıb. Dördpendirli pizza

General Avdeyev qısa müddətdə bölgəyə gələcək və ayın sonunadək vəzifəsinin icrasına başlayacaq.

General Avdeyev 17 may 1967-ci ildə Daşkənddə anadan olub. O, Sverdlovsk Suvorov Hərbi Məktəbini bitirib. Şimali Qafqaz Hərbi Dairəsində müxtəlif komandanlıq vəzifələrində xidmət edib. 1999-cu ildə Rusiya Federasiyası Silahlı Qüvvələrinin Kombinə Silahlar Akademiyasını, 2008-ci ildə Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasını bitirib. Bundan sonra müxtəlif, o cümlədən 2019-cu ildən Cənubi Hərbi Dairə komandirinin müavini vəzifəsini tutub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!