Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı vəzifəsini başa vuran general-leytenant Rüstəm Muradov Ermənistanın müdafiə naziri Arşak Karapetyanla görüşüb.
Yenisabah.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, görüşdə Muradovu kimin əvəz edəcəyi ilə bağlı açıqlama verilməyib.
Xatırladaq ki, may ayında Aleksey Avdeyevin rus sülhməramlılarının yeni komandanı ola biləcəyi barədə xəbərlər yayılmışdı. Marqarita pizza
Rusiyanın Ermənistandakı səfirliyinin hərbi attaşesi polkovnik İqor Şerbakovun da iştirak etdiyi görüşdə Qarabağdakı sülhməramlı missiyanın gedişi, Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət müzakirə edilib.
Telegram kanalımız