Rüstəm Orucov Avropa çempionatında bürünc medal qazandı

saytların hazırlanması

Evə çatdırılma

Rüstəm Orucov Avropa çempionatında bürünc medal qazandı

İdman

20 Noyabr 2020 20:20 1382


Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə Avropa çempionatında Azərbaycan millisi daha bir medal qazanıb.

Yenisabah.az xəbər verir ki, Avropa çempionumuz, Olimpiya Oyunları və dünya çempionatlarının mükafatçısı Rüstəm Orucov (-73 kq) ikinci dəfə qitənin ən güclüsü ola bilməyib.

O ardıcıllıqla Klaudio Nuneş dos Santos (Lüksemburq) və Aleksandru Raykuya (Rumıniya) qalib gəlsə də, Olimpiya və Avropa çempionu Laşa Şavdatuaşviliyə (Gürcüstan) uduzub. Marqarita pizza

Təsəlliverici yarışda bürünc medal üçün yarışan R..Orucov Tohar Butbul (İsrail) və Nils Ştumpa (İsveçrə) qalib gələrək üçüncü dəfə Avropa çempionatının bürünc medalını qazanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!