Rüstəm Orucov Klublararası Avropa çempionatında gümüş medal qazandı

saytların hazırlanması

Evə çatdırılma

Rüstəm Orucov Klublararası Avropa çempionatında gümüş medal qazandı

İdman

12 Dekabr 2021 16:19 666


Azərbaycan cüdoçusu Rüstəm Orucovun çıxış etdiyi Serbiyanın “Srvena Zvezda” komandası Fransanın paytaxtı Parisdə keçirilən Klublararası Avropa çempionatında uğurlu nəticəyə imza atıb.

Yenisabah.az xəbər verir ki, bu barədə 73 kq-da mübarizə aparan 30 yaşlı idmançı özünün “Instagram” səhifəsində paylaşım edib.

İdmançı turnirdə ikinci yeri tutduqlarını yazıb. Orucov qazanılan uğura görə komanda yoldaşlarına təşəkkürünü bildirib: “Belə gözəl insanlarla tanış olduğum üçün çox şadam. Gələn il qızıl medallarımızı alacağıq!” pizza hut

Qeyd edək ki, Rüstəm Orucov Rio-2016 Yay Olimpiya Oyunlarının və dünya çempionatının gümüş mükafatçısı, həmçinin Avropa çempionudur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!