Rüstəm Orucov: “Özümə gələ bilməmişəm“

saytların hazırlanması

Evə çatdırılma

Rüstəm Orucov: “Özümə gələ bilməmişəm“

İdman

27 İyul 2021 12:31 1320


"Medalsız qaldım. Medal qazanmağı hamıdan çox istəyirdim. Püşk yaxşı gətirmədi. Üçüncü görüşümdə olimpiya çempionuna rəqib oldum. Bütün gücümü o görüşdə itirdim. Ondan sonra da bərpa oluna bilmədim ki, axıra kimi gedim və üçüncü yeri tutum. Beşinci oldum".

Yenisabah.az xəbər verir ki, bu sözləri  Azərbaycan cüdoçusu Rüstəm Orucov Tokio-2020 Yay Olimpiya Oyunlarındakı çıxışı barədə danışarkən deyib.

"Nə deyəcəyimi bilmirəm. Qismət belə imiş. İnanın mənə, nə olacağını, necə olacağını bilmirəm. Hələlik özümə gələ bilməmişəm. Özümə gəlsəm, yaxşı olacaq. Buradan mənə dəstək olanların hamısına "çox sağ olun" demək istəyirəm" - deyə o bildirib. Sezar pizza

Qeyd edək ki, Rüstəm Orucov Tokio-2020-də 3-cü yer uğrunda görüşdə  dünya çempionu An Çanqrimə (Cənubi Koreya) uduzub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!