Rüstəm Usubov Ağcabədi və Laçın sakinləri ilə görüşəcək

saytların hazırlanması

Evə çatdırılma

Rüstəm Usubov Ağcabədi və Laçın sakinləri ilə görüşəcək

Sosial

30 Oktyabr 2019 07:46 1076


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokurorun birinci müavini Rüstəm Usubov cari il noyabrın 8-də saat 10:00-da Ağcabədi rayon prokurorluğunun inzibati binasında Ağcabədi və Laçın rayon sakinlərinin qəbulunu keçirəcək.

Baş Prokurorluqdan "Yeni Sabah"a daxil olan məlumata görə, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Ağcabədi rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək. pizza

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və contact@prosecutor.gov.az elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!