Rüşvət aldığı deyilən vəzifəli şəxslə bağlı   RƏSMİ AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Rüşvət aldığı deyilən vəzifəli şəxslə bağlı RƏSMİ AÇIQLAMA

Sosial

01 Noyabr 2025 10:08 1254


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ət satışı məntəqələrində reydləri gücləndirib. Qurumun əməkdaşları bir neçə gün əvvəl Yasamal rayonu ərazisində ət dükanı olan sahibkar Surxay Səfərovu cərimələyib. Ancaq o, bu cəriməni haqsız sayaraq agentlik işçiləri barədə ciddi iddialar səsləndirib. Sahibkarın dediyinə görə, AQTA-nın Bakı Regional Bölməsinin böyük məsləhətçisi Qurban Əliyev həmin ərazidə fəaliyyət göstərən qəssabları mütəmadi təhdid edərək onlardan 2-3 gündən bir 20-30 manat məbləğində pul alır.

Məsələ ilə bağlı “Yeni Sabah”ın sorğusuna cavab olaraq AQTA-dan bildirilib ki, sahibkarın iddiaları ilə bağlı qurum daxilində araşdırma aparılıb:

“Sahibkarın səsləndirdiyi iddialarla bağlı agentlikdə daxili araşdırma aparılıb və həmin iddialar təsdiqini tapmayıb. Bildiririk ki, fakta əsaslanmayan iddialar digər hüquqi əsaslar yaradır”.  pizza sifarişi

Qeyd edilib ki, AQTA DİN və yerli icra hakimiyyəti nümayəndələri ilə birgə qanunsuz heyvan kəsiminin qarşısının alınması məqsədi ilə oktyabrın 24-də Yasamal rayonunda reyd keçirib. Reyd zamanı Bakı şəhər, Yasamal rayonu, M.Xiyabani 33 ünvanında fəaliyyət göstərən fiziki şəxs Səfərov Surxay Akif oğluna məxsus “Nağının ət dükanı”nda baytarlıq ekspertiza sənədi olmadan ət satışı faktı müəyyən edilib. Xatırladırıq ki, cari il ərzində aidiyyəti dövlət qurumları ilə birgə keçirilən növbəti reydlər zamanı eyni xətanın təkrar törədilmə faktları aşkarlanıb:

“Belə ki, bu il yanvarın 23-də “Nağının ət dükanı” ət satışı mağazasında qanunsuz heyvan kəsimi və baytarlıq ekspertiza sənədi olmadan ət satışı faktı müəyyən edilib. Faktla bağlı DİN-in nümayəndəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək 600 (altı yüz) manat məbləğində cərimə tətbiq edilib. 

Əlavə olaraq bildiririk ki, daxil olmuş istehlakçı şikayəti əsasında qeyd edilən ünvanda Agentlik tərəfindən martın 12-də də plandankənar yoxlama keçirilib. Yoxlama zamanı qida obyektinin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi, mağazada satışı həyata keçirilən ətlərin baytarlıq nəzarətindən keçirilmədən, baytarlıq sənədlərinin və üzərində möhürün olmadığı, həmçinin mağazanın sanitar-texniki vəziyyətinin qeyri-qənaətbəxş olduğu və qida ilə təmasda olan işçinin tibbi müayinədən keçirilmədən işləməsi müəyyən edilərək, sahibkar Səfərov Surxay Akif oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati xəta haqqında Protokol tərtib olunmuş və 800 (səkkiz yüz) manat məbləğində cərimə qərarı qəbul olunub”.

AQTA sahibkarın qeyd olunan cərimə məbləğini könüllü icra müddətində ödəmədiyi üçün məcburi icranın təmin edilməsi məqsədilə tənbehvermə qərarı Yasamal rayon icra şöbəsinə göndərildiyini də qeyd edib:

“Göründüyü kimi, sahibkar cari il ərzində üç dəfə ətlərin satışını baytarlıq sənədi olmadan həyata keçirərək, aşkar olunan nöqsanlardan nəticə çıxarmayaraq, qanunun tələblərini pozmaqda davam edib. Əlavə edirik ki, sahibkarın səsləndirdiyi iddialarla bağlı Agentlikdə daxili araşdırma aparılıb və həmin iddialar təsdiqini tapmayıb. Bildiririk ki, fakta əsaslanmayan iddialar digər hüquqi əsaslar yaradır. Dövlət qurumları tərəfindən birgə həyata keçirilən bu tip tədbirlərin başlıca prioritetlərindən biri kimi əhalinin sağlamlığının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində reallaşdırılan ardıcıl və məqsədyönlü tədbirlər davam etdirilməkdədir. Xüsusilə dünyada və regionda yoluxucu heyvan xəstəliklərinin yayılma riski nəzərə alınıraq, qanunsuz heyvan kəsimi ilə məşğul olan şəxslərə qarşı ictimai nəzarətin artırılması vacibdir. İstehlakçı kimi isə tövsiyə olunur ki, baytarlıq nəzarətindən kənar, heç bir sənədləri olmayan və baytarlıq-sanitariya normalarına cavab verməyən yerlərdən ət və ət məhsuları alınmasın”.

Aytac Əliyeva


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!