Rüşvət almaqda şübhəli bilinən müstəntiq və vəkil tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Rüşvət almaqda şübhəli bilinən müstəntiq və vəkil tutuldu

Kriminal

17 Mart 2021 17:51 1197


Rusiya Baş İstintaq İdarəsinin Moskvadakı şöbəsi polis müstəntiqi və vəkili iri məbləğdə rüşvət aldıqları üçün tutub.

Yenisabah.az xəbər verir ki, məlumatı yerli hüquq-mühafizə orqanları yayıb.

Bildirilib ki, polis müstəntiqi və Moskva Vəkillər Palatasının vəkii Tatyana Preminina “Svoya apteka” barəsində başlayan cinayət işinin dayandırılması üçün müəssisənin rəhbərliyindən 5 mln rubl (68 530 ABŞ dolları) rüşvət tələb ediblər. Müəssisə güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda ittiham edilir. pizza mizza

Vəkil 1 mln rublu, müstəntiq isə 2 mln rublu alarkən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulublar. (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!