Rüşvətə görə həbs edilən sabiq direktordan XƏBƏR VAR

saytların hazırlanması

Evə çatdırılma

Rüşvətə görə həbs edilən sabiq direktordan XƏBƏR VAR

Hadisə

09 İyun 2021 10:28 833


"Saatlı Gənclər Evi"nin sabiq direktoru Quliyev Əzizağa Kişibala oğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Yenisabah.az xəbər verir ki, Lənkəran Ağır Cinayətlər məhkəməsinə göndərilən iş hakim İlkin Abdullayevin icraatına verilib. 

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, Əzizağa Quliyevin “Saatlı Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru vəzifəsində işləyən zaman, Matan Məmmədovanı xadimə işinə qəbul etmək müqabilində 1000 manat,  qızı Jalə Həvəskarini isə kompyuter üzrə mütəxəssis ştatına işə qəbul etmək üçün 2000 manat məbləğində pulu rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilmişdir. pizza

Faktla bağlı Saatlı rayon prokurorluğunda cinayət işi başlanmaqla, Quliyev Əzizağa Kişibala oğlu Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!