Saakaşvili: Bu, Rusiyanın ən böyük məğlubiyyətidir

saytların hazırlanması

Evə çatdırılma

Saakaşvili: Bu, Rusiyanın ən böyük məğlubiyyətidir

Dünya

20 Avqust 2025 13:47 518


Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ABŞ və Ukrayna prezidentlərinin Vaşinqtonda keçirilən son görüşünü şərh edərək, bunu "Zelenskinin zəfəri” adlandırıb.

Yenisabah.az xəbər verir ki, o, "Facebook" səhifəsində yazıb:

“Görünməmiş görüşün əsas mövzusu Tramp və avropalıların razılaşdığı Ukraynaya Amerika və Avropa hərbi müdafiə zəmanətlərinin verilməsi olub ki, bu da NATO Müqaviləsinin 5-ci maddəsinə bənzər müdafiənin alınması deməkdir. Dominos pizza

Putin Zelenski ilə görüşməyə razılıq verdi, amma əslində onun başqa seçimi yoxdur, çünki Rusiya büdcəsi tarixdə ən böyük kəsirə malikdir. Ruslar nəinki cəbhədə hücuma keçə bilmir, Ukrayna da hücuma keçib. Putin sadəcə olaraq müharibənin sonunu onun məğlubiyyəti kimi göstərməməyə çalışır".

"Lakin bu, istənilən halda Rusiya üçün əsrlərin ən böyük məğlubiyyətidir və bu, istər-istəməz bizim regionda böyük dəyişikliklərə gətirib çıxaracaq”, - Saakaşvili yazıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!