Saakaşvili həbsxanada nə qədər qalacaq?   - “Qərbin mövqeyindən asılıdır“

saytların hazırlanması

Evə çatdırılma

Saakaşvili həbsxanada nə qədər qalacaq? - “Qərbin mövqeyindən asılıdır“

Rəsmi

02 Oktyabr 2021 12:15 1488


“Gürcüstan, Azərbaycan üçün çox vacib və dost dövlətdir. Həm də Gürcüstan bizim iqtisadi-siyasi müttəfiqimizdir. Hər kəsə məlumdur ki, Gürcüstan, Azərbaycan üçün həm də Avropaya çıxış qapısıdır. Bütün enerji imkanlarımızın qərbə çıxışı Gürcüstan vasitəsilə həyata keçirilir. Bu dövlətdəki sabitlik, bizim üçün vacibdir və gürcü xalqının seçimi necədirsə, Azərbaycan hər zaman bu illər ərzində o seçimə hörmətlə yanaşıb və heç vaxt Gürcüstandakı daxili proseslərə şərh bildirməyib.”

Bu sözləri Yenisabah.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri, politoloq Zaur Məmmədov deyib.

“O ki qaldı Mixeil Saakaşviliyə, yəqin ki, onun kimi təcrübəli siyasətçi Gürcüstana gedərkən başa düşürdü ki, onu həbs edəcəklər. Çünki bununla bağlı Gürcüstanın hazırki Baş naziri İrakli Qaribaşvili də bəyanat vermişdi. O demişdi ki, Saakaşvili təyyarədən enən kimi, mütləq şəkildə həbs olunacaq, hətta çox kobud şəkildə ifadələr də bəzən hakim “Gürcü arzusu” partiyası tərəfindən istifadə edilirdi” - deyə analitik əlavə edib. Marqarita pizza

Z.Məmmədovun sözlərinə görə, M.Saakaşvili o kəsdir ki, Gürcüstan tarixinə öz islahatları ilə daxil olub. O bildirib ki, Saakaşvilinin hakimiyyətə gəlişindən sonra Gürcüstan yeni imic qazandı və daxildəki istər korrupsiya məsələlərinin aradan qaldırılmasına, istərsə də müəyyən mafiya qrupları - qanuni oğruların həbs olunması və dərhal Gürcüstandan uzaqlaşdırılmasına start verildi və bununla yanaşı avrointeqrasiya yolu tutuldu.

Politoloq hesab edir ki, bu gün də Gürcüstan daxili və xarici siyasətdə həmin politikanı davam etdirməkdədir, amma eyni zamanda Saakaşvili və İvanişvili arasında çox cidddi münaqişə baş verib:

“Məlum idi ki, əgər Saakaşvili qalsaydı, Bidzina İvanişvili onu həbs edəcəkdi. İndiki proseslər də onu göstərir ki, qruplar arasında çox kəskin savaş olacaq. Təbii ki, Saakaşvilinin Gürcüstanda həbs edilməsi, onun tərəfdarlarının ayağa qalxmasıyla və müxtəlif güclər arasında baş verə biləcək münaqişəyə gətirib çıxaracaq".

Siyasi eskpert qeyd edib ki, Amerika və Aİ-nın ayrı-ayrı ölkələri, Saakaşvilinin həbsi ilə bağlı istənilən bəyənatı verəcək və Gürcüstan hakimiyyətini onu azad etməyə çağıracaqlar. Saakaşvilinin azad edilib-edilməməsi məsələsi isə, daha çox qərbin Gürcüstana təzyiq vasitələrindən axıra kimi istifadə edib-etməməsiylə bağlı olacaq.

Rafi Müslümov 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!