Saakaşvili həbsxanadan helikopterlə naməlum istiqamətə aparıldı

saytların hazırlanması

Evə çatdırılma

Saakaşvili həbsxanadan helikopterlə naməlum istiqamətə aparıldı

Rəsmi

08 Noyabr 2021 18:32 1107


Gürcüstanın həbsdə olan sabiq Prezidenti Mixeil Saakaşvili saxlanıldığı 12 saylı Rustavi Cəzaçəkmə müəssisəsindən helikopterlə naməlum istiqamətə aparılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə M. Saakaşvilinin anası Giuli Alasania açıqlama verib.

Bildirib ki, M. Saakaşvilinin daha müasir tibbi avadanlıqlarla təchiz edilmiş Qori hərbi hospitalına aparıldığını ehtimal edir. pizza hut

Gürcüstan Ədliyyə Nazirliyinin Xüsusi Penitensiar Xidməti məsələyə münasibət bildirməyib.

Qeyd edək ki, oktyabrın 1-də Tbilisidə qaldığı mənzildə həbs edilən sabiq Prezident M. Saakaşvili 39 gündür aclıq aksiyası keçirir./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!