Gürcüstanın Baş Prokurorluğu müxalifətdə olan “Güclü Gürcüstan” partiyasının lideri Mamuka Xazaradzeyə qarşı ittiham irəli sürüb.
Yenisabah.az xəbər verir ki, o, Mixail Saakaşvilinin hakimiyyəti dövründə cinayətləri araşdıran parlament komissiyasının iclasına gəlməyib.
"TBC Bank"ın təsisçilərindən biri olan Xazaradze martın 25-də komissiyanın iclasına çağırılıb. Komissiya onu Saakaşvilinin hakimiyyəti dövründə zərər çəkmiş fərdi sahibkarların işi ilə bağlı dindirməyi planlaşdırıb. Onların bir çoxu "TBC Bank"dan kredit götürərək xeyli pul itirib. Toyuqlu pizza
İstintaq komitəsi bankın o dövrün hakimiyyət orqanları ilə əlbir olmasından və iş adamlarının zorla pul tələb edilməsi, müflis olması və saxta bəhanələrlə həbsə atılması hallarına görə onun rəhbərlərinin məsuliyyət daşıdığından şübhələnir.
Gürcüstan Cinayət Məcəlləsinin 349-cu maddəsinə əsasən, parlamentin müvəqqəti istintaq komissiyasının tələblərinin yerinə yetirilməməsinə görə, cərimə və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə, habelə üç ilədək müddətə fəaliyyət hüququndan məhrum etmə cəzası nəzərdə tutulur.
Telegram kanalımız