Bu gün Gürcüstan Ədliyyə Nazirliyinin Xüsusi Penitensiar Xidməti sabiq prezident Mixail Saakaşvilini tibbi müayinədən keçmək üçün həbsxanadan paytaxtdakı "Vivamed" klinikasına köçürüb.
Yenisabah.az "Mtavari Arxi" telekanalına istinadla xəbər verir ki, Saakaşvilinin olduğu təcili yardım maşını gücləndirilmiş konvoyun müşayiəti ilə səhər tezdən Rustavi həbsxanasını tərk edib. Polis və müşayiət xidmətinin növbətçi olduğu klinikanın özündə də təhlükəsizlik tədbirləri gücləndirilib.
Keçmiş Gürcüstan liderinin klinikada nə qədər qalacağı və hansı müayinələrdən keçəcəyi hələ dəqiqləşdirilməyib. Pepperoni pizza
Xatırladaq ki, ötən ilin oktyabrında bələdiyyə seçkilərindən bir gün əvvəl Gürcüstana gizli şəkildə gələn Saakaşvili həbs edilərək Rustavi şəhərindəki həbsxanaya yerləşdirilib. O, özünü siyasi məhbus adlandıraraq dərhal aclıq aksiyasına başlayıb. Keçmiş prezidentin səhhəti pisləşdikdən sonra o, əvvəlcə Tbilisinin kənarındakı həbsxana xəstəxanasına, sonra isə Qori şəhərindəki xəstəxanaya köçürülüb.
Ötən ilin dekabrında o, yenidən Rustavi həbsxanasına aparılıb.
Telegram kanalımız