Saakaşvili prezidentdən əfv sərəncamı gözləntisindədir

saytların hazırlanması

Evə çatdırılma

Saakaşvili prezidentdən əfv sərəncamı gözləntisindədir

Dünya

01 Noyabr 2024 11:22 572


Mixeil Saakaşvili Gürcüstan prezidenti Salome Zurabişvilini onu əfv etməyə çağırıb.

Yenisabah.az xəbər verir ki, Saakaşvili sosial şəbəkələrdə yazıb:

“Prezident Salome Zurabişvili ilə tam həmrəyliyimi bildirirəm. Onun təxribata razı olmaması və Rusiya prokurorluğunun tələbi ilə razılaşmaması xoşuma gəldi. Sezar pizza

Diqqət yetirdim ki, xanım Salome də Medvedevin hədəsini də nəzərdən qaçırmayıb.

Amma ədalət tələb edən həm də odur ki, Moskvanın məhz belə göstərişləri nəticəsində 3 ildən artıqdır ki, qondarma ittihamlarla həbsxanada oturmuşam və bu qanunsuz həbsə görə tarixi məsuliyyət daşıyan nominal rəhbərin olmasını istəmirəm. bu ədalətsizliyi həqiqətən aradan qaldıra bilən prezident Zurabişvili olsun.

Siz nə düşünürsünüz, insanlar?"


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!