Saakaşvili qayıdır: Gürcüstan qarışacaq?

saytların hazırlanması

Evə çatdırılma

Saakaşvili qayıdır: Gürcüstan qarışacaq?

Rəsmi

28 Sentyabr 2021 13:26 766


Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili ölkəsinə qayıtmaq niyyətində olduğunu bir daha bəyan etdib. O, artıq Tiflisə qayıtmaq üçün oktyabrın 2-nə bilet aldığını bildirib. Həmin gün Gürcüstanda yerli seçkilər keçiriləcək.

Yenisabah.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Gürcüstanın sabiq prezidenti öz Facebook hesabında açdığı canlı yayımda bildirib.

"Əlbəttə, dediyim kimi, oktyabrın 2-də sizinlə birlikdə Tbilisidə olmaq, iradənizi müdafiə etmək və Gürcüstanın xilas edilməsində iştirak etmək üçün bilet aldım". Toyuqlu pizza

Həmçinin M. Saakaşvili, canlı yayımdan sonra aldığı təyyarə biletinin şəklini Facebook səhifəsində paylaşıb. O bildirib ki, Kiyevdə yerləşən Borisopol beynəlxalq hava limanından Tbilisiyə uçacaq. 

Müşahidəçilər eks-prezidentin Gürcüstana dönüşünün öılkədə qarışıqlığa səbəb olacağını düşünürlər. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!