Saakaşvili xəstəxanaya köçürülür? - Rustavidə həyəcan

saytların hazırlanması

Evə çatdırılma

Saakaşvili xəstəxanaya köçürülür? - Rustavidə həyəcan

Rəsmi

30 Oktyabr 2021 13:47 1017


Rustavidə eks-prezident Mixeil Saakaşvilinin saxlanıldığıhəbsxana yaxınlığında polis və təcili yardım briqadasının olduğu avtobus səfərbər edilib.

Yenisabah.az "Sputnik Qruziya"ya istinadla xəbər verir ki, həbsxana rəhbərliyi siyasətçini  xəstəxanasına köçürməyə hazırlaşdığı məlumatı var, lakin bunun rəsmi təsdiqi yoxdur.

Bir gün əvvəl Gürcüstan Ədliyyə Nazirliyinin rəhbəri Rati Breqadze demişdi ki, lazım gələrsə, qurum Saakaşvilini klinikaya aparmaq üçün helikopterdən istifadə edəcək, amma indi xəstəxanaya yerləşdirməyə ehtiyac yoxdur. Marqarita pizza

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti isə Mixeil Saakaşvilinin xəstəxanaya köçürülməsi sayəsində gözlənilən övlət çevrilişi barədə xəbərdarlıq edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!