Gürcüstanın keçmi. prezidenti Mixail Saakaşvili səhhəti ilə bağlı yeni açıqlama verib.
Yenisabah.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, Saakaşvili həbs müddətində çəkisinin 55 kiloqram azaldığını deyib.
Beyninin zədələndiyini söyləyən eks-prezident vəziyyətinin ağır olduğunu diqqətə çatdırıb. O, səbəbin zəhərlənmə olduğunu və özünü çox pis hiss etdiyini əlavə edib. pizza
"İndi tam yataq xəstəsiyəm, hərdən bayılıram", - deyə Saakaşvili bildirib.
Qeyd edək ki, Saakaşvili Ukraynadan Gürcüstüna qayıtdığı 2021-ci ilin oktyabr ayından bəri həbsdədir. O, dəfələrlə aclıq aksiyası keçirib. Səhhətində ağır problemlər yaranan eks-prezident bir müddət əvvəl müalicə müəssisəsinə köçürülüb./Modern.az
Telegram kanalımız