Saakaşvilidən tərəfdarlarına müraciət: “Oktyabrın 30-a qədər...“

saytların hazırlanması

Evə çatdırılma

Saakaşvilidən tərəfdarlarına müraciət: “Oktyabrın 30-a qədər...“

Rəsmi

11 Oktyabr 2021 16:21 1328


Gürcüstanın baş naziri İrakli Qaribaşvili ölkənin sabiq prezidenti Mixail Saakaşvilinin Ukraynaya ekstradisiya olunma ehtimalını istisna edib.

Yenisabah.az xəbər verir ki, Qaribaşvili jurnalistlərə bildirib:

“Saakaşvili 6 il həbsdə qalmalı olacaq. Məhbus Saakaşvili bu reallığı nə qədər tez dərk etsə, özü və komandası üçün bir o qədər yaxşıdır. Ekstradisiya söhbəti müzakirə mövzusu deyil, bunu 100 faiz təsdiqləyirəm. Birincisi, heç kim onun köçürülməsini tələb etmir və tələb etsələr də heç kim köçürməz. Ən azı 6 il ərzində hər hansı bir ölkəyə gedə bilər”. pizza sifarişi

12 saylı Rusta həbsxanasında həbsdə olan Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili növbəti müraciətlə çıxış edib.

Saakaşvili müraciətində qeyd edib:

"İndi seçkilər var və buna diqqət edilməlidir... Ölkəni müxtəlif üsullarla dəyişdirməliyik, ən başlıcası - seçkilərdə qələbəni qaytarmalıyıq. Öz tərəfimdən, hətta aclıq aksiyası zamanı da əlimdən gələni edəcəyəm. Oktyabrın 30-na qədər yaşamalıyıq və mənim üçün vaxtından əvvəl kədərlənmədən qələbəni birlikdə qeyd etməyimiz daha yaxşıdır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!