Oktyabrın 14-də Tbilisinin mərkəzinə toplanan minlərlə insan Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin azadlığa buraxılmasını tələb edib.
Saakaşvilinin ötən ay ölkəyə qayıtdıqdan sonra həbs olunması Gürcüstandakı siyasi böhranı daha da dərinləşdirib. Gürcüstan paytaxtının baş küçəsi olan Rustaveli prospektindəki Azadlıq meydanına toplaşan nümayişçilər “Mişanı azad et!” şüarı səsləndirir, dövlət bayraqlarını dalğalandırırdılar.
Xəbər verilir ki, mitinqdən əvvəl parlamentin binası yaxınlığına çox sayda avtobuslarla iğtişaş polisi gətirilmişdi. pizza mizza
Telegram kanalımız