Gürcüstanın Poti limanının 2 əməkdaşı Mixeil Saakaşvilinin Gürcüstanın dövlət sərhədini qanunsuz keçməkdə təqsirli bilinərək saxlanılıb.
Yenisabah.az “Rustavi 2” telekanalına istinadla xəbər verir ki, eks-prezidentin Gürcüstana gizli yollarla gətirən ata və oğul - Zurab və Şalva Sotsoriya gürcü polisi tərəfindən həbs olunub.
Onların uzun illərdir Poti limanında işlədikləri bildirilir. pizza hut
Saakaşviliyə görə həbs olunan digər şəxs isə Elquca Somayadır. O, Saakaşvilini öz evində saxlayaraq cinayəti ört-basdır etmək ittihamı ilə saxlanılıb və bu gün barəsində həbs qətimkan tədbiri seçilib.
Həmçinin, Gürcüstanın müxalif “Qanun və Ədalət” partiyası bu gün eks-prezidentin həbsdən azad olunması üçün imza toplmağa başlayıb.
Onu da qeyd edək ki, bu gün Saakaşvilinin saxlandığı təcridxananın önündə tərəfdarları etiraz aksiyası təşkil edib.
Bu gərginliklər fonunda Saakaşvilinin partiyası olan müxalif “Vahid Milli Hərəkat”ın sədri Niko Meliya liderin həbsi ilə bağlı etiraz əlaməti olaraq öz deputatlıq mandatının "dondurulması" üçün parlamentə müraciət edib.
Parlamentin Prosedur Məsələləri Komitəsi onun deputatlıq mandatını xətm edib.
Telegram kanalımız