Saakaşvilinin HƏBS CƏZASI yenə uzadıldı

saytların hazırlanması

Evə çatdırılma

Saakaşvilinin HƏBS CƏZASI yenə uzadıldı

Dünya

17 Mart 2025 12:37 197


Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilini 2021-ci ildə sərhədi qanunsuz keçməkdə ittiham edərək 4,5 il müddətinə azadlıqdan məhrum edib. 

Yenisabah.az xəbər verir ki, bu barədə Gürcüstanın “Pirveli” telekanalı məlumat yayıb.

Hökmü hakim Mixail Cincholiya oxuyub. Hökmün elanı məhkəmə zalında səs-küyə səbəb olub. Toyuqlu pizza

Məhkəmə icraçıları eks-prezidentin tərəfdarlarını məhkəmə zalından çıxarmağa məcbur olublar. Saakaşvilinin özü iclasda iştirak etməyib. 

Xatırladaq ki, bu il martın 12-də Tbilisi Şəhər Məhkəməsi Saakaşvilini dövlət vəsaitlərini mənimsəməkdə ittiham edərək 9 il müddətinə azadlıqdan məhrum edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!